Cənubi Koreyanın Moskvadakı səfiri U Yun Qın Rusiya prezidenti Vladimir Putinə rəsmi Seulun dəvətini çatdırıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Cənubi Koreya prezidenti 2019-cu ilin sonunda Putinin ölkəyə səfərini gözləyir.
“Hələlik dəqiq razılaşma yoxdur. Ancaq ilin sonunda Putinin ölkəmizə səfərini gözləyirik. Dəqiq tarix hələlik bilinmir”, - deyə Yun Qın bildirib.