Putin Çinə gedir

putin-cine-gedir
Oxunma sayı: 1655

Rusiya Prezidenti Vladimir Putin fevralın 4-ü Çinə səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2021-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Putin Olimpiya Oyunlarının açılışı günü Pekinə səfər edəcək.

Putin elə həmin gün Çin Prezidenti Si Cinpinlə danışıqlar aparacaq.

Bununla yanaşı, Sergey Lavrov çinli həmkarı Van İ ilə fevralın 3-ü görüşəcək.