Putin Çinə səfəri zamanı transsərhəd əlaqələri gücləndirməklə bağlı çağırış etdi

putin-cine-seferi-zamani-transserhed-elaqeleri-guclendirmekle-bagli-cagiris-etdi
Oxunma sayı: 1646

Rusiya prezidenti Vladimir Putin Çinə səfəri zamanı Çinin şimal-şərq regionları ilə ticarət, infrastruktur və enerji sahələrində daha geniş əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı çağırış edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Putin ikigünlük səfəri çərçivəsində paytaxt Pekində, daha sonra Çinin şimal-şərqində, Rusiya ilə qonşu olan əyalətlərdə danışıqlar aparıb.

Harbində keçirilən 8-ci Rusiya-Çin EXPO sərgisinin açılış mərasiminə qatılan Putin çıxışında “Rusiyanın Uzaq Şərqi ilə Çinin şimal-şərq əyalətləri arasında əlaqələrin genişləndirilməsində böyük potensialın olduğunu görürük” deyib.

Putin iki ölkə arasında ticarətdə dinamik artım tendensiyasını gücləndirməklə, ticarət edilən məhsullar, xidmətlər və elektron ticarətin əhatə dairəsinin genişləndirilməli və transsərhəd infrastrukturun yenilənməli olduğunu vurğulayıb.