“Putin daha çox müharibəyə hazırlaşdığını açıq şəkildə bildirdi”

putin-daha-cox-muharibeye-hazirlasdigini-aciq-sekilde-bildirdi
Oxunma sayı: 2125

“Rusiya Prezidenti Vladimir Putin bu gün açıq şəkildə bildirdi ki, o, daha çox müharibəyə hazırlaşır”.

“Qafqazinfo” xəbər verir ki, bunu NATO-nun Baş katibi Stoltenberq Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və Aİ-nin ali nümayəndəsi Jozep Borrellə keçirdiyi mətbuat konfransında deyib.

Heç kimin Rusiyaya hücum etmədiyini vurğulayan Stoltenberq Çinin də “Rusiya müharibəsinə” dəstək verməyi planlaşdırdığını bildirib.

O qeyd edib ki, Ukraynaya vəd edilən silahlar təcili olaraq çatdırılmalıdır.

“Biz Ukraynanı müharibədə qalib gəlməsi üçün lazım olan hər şeylə təmin etməliyik”, - Baş katib əlavə edib.