Putin də böyük mətbuat konfransı keçirəcək

putin-de-boyuk-metbuat-konfransi-kecirecek
Oxunma sayı: 1193

Rusiya prezidenti Vladimir Putin dekabrda böyük mətbuat konfransı keçirəcək.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, jurnalistlərlə görüş dekabrın ortalarına təsadüf edəcək. Tezliklə media nümayəndələrinin akkreditasiyası başlanacaq.

Xatırladaq ki, Putin ötən ilin dekabrında 3 saat 46 dəqiqəlik mətbuat konfransı keçirmişdi. Bu rekord isə hələlik Ukrayna prezidenti Vladimir Zelenskidədir. O, oktyabrda “Kyiv Food Market”də 14 saatlıq mətbuat konfransı keçirmişdi.