Rusiyalı idmançıların ard-arda dopinqli çıxması məsələsinə prezident Vladimir Putin də münasibət bildirib.
“Qafqazinfo” rus mediasına istinadən xəbər verir ki, Putin rus idmançıların dopinq qaydalarını pozmasında məsuliyyətin birbaşa rəhbər və məşqçilərin üzərinə düşdüyünü bildirib.
Hökumət iclasında bu mövzunu gündəmə gətirən prezident qeyd edib ki, bütün məsuliyyət idmançıları qadağan edilən maddələr siyahısının yeniləndiyi barədə məlumatlandırmayan məşqçilər və menecerlərın üzərinə düşür.
Mövzu haqqında qiymətləndirmə aparan Vladimir Putin "İdman rəhbərlərimiz Dünya Dopinqlə Mübarizə Agentliyinin (WADA) bəzi maddələrin qadağan edilmiş maddələr siyahısına alması haqda qətnamənin önəmini anlamayaraq beynəlxalq qurumlar tərəfindən müəyyən edilən qadağan edilən maddələrin siyahısını vaxtında yeniləmədi. İdmançı, məşqçi və digər mütəxəssisləri vaxtında məlumatlandırmadı" deyib.
Rusiya İdman Nazirliyi və Federal Biotibbi Agentliyini də tənqid edən Putin bu cür vəziyyətin bir daha baş verməməsi üçün Beynəlxalq Olimpiya Komitəsi və (IOC) WADA kimi beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edilməsini istəyib.
Rusiyada dopinqlə mübarizə qanunlarının da sərtləşdirilməsinin lazım olduğunu vurğulayan Putin bu barədə yeni təkliflərini təqdim etmələri məqsədilə hökumətə göstəriş verdiyini də bildirib.
Qeyd edək ki, bir müddət əvvəl məşhur tennisçi Mariya Şarapovnın orqanizmində istifadəsi qadağan olunmuş preparat çıxıb.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər