Putin eks-həyat yoldaşı barədə- - "Hazırda dostuq..."

putin-eks-heyat-yoldasi-barede-
Oxunma sayı: 4582


“Qafqazinfo”nun RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə hind agentliyi olan IANS informasiya paylaşıb. Öz şəxsi həyatı və ailəsi ilə münasibətləri barədə Putin Sankt-Peterburqda keçirilən xarici xəbər agentliklərinin rəhbərləri ilə görüşündə açıqlama verib. 

Prezident eks-xanımı ilə hazırda dost münasibətində olduğunu, qızları isə demək olar ki, hər gün danışdığını bildirib. 

Rusiya lideri qeyd edib ki, o, hətta bəzən gecə 2-yə qədər yatmayaraq ailəsi ilə lazımi detalları müzakirə edir. Şəxsi həyatı barədə suala isə Putin belən cavab verib:

“Mənim gələcəklə bağlı planlarım var. Hər şey qaydasındadır”.

Qeyd edək ki, boşanma haqda qərarı Putin və Lyudmila 2013-cü ilin iyununda elan ediblər. Onlar 30 il nikahda yaşayıblar. İki qızı olan cütlük boşandıqdan sonra da yaxın dost qalacaqlarını bildirmişdilər.