Putin Əliyevə başsağlığı verdi

putin-eliyeve-bassagligi-verdi
Oxunma sayı: 2255

Rusiya prezidenti Vladimir Putin 25 nəfərin öldüyü dəhşətli yanğınla bağlı Azərbaycan dövlət başçısı İlham Əliyevə  başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb. 

Putin yanğında həlak olanların ailələrinə, yaxınlarına da başsağlığı verib, zərərçəkənlərin tez bir zamanda sağalmasını diləyib.