“Putin-Ərdoğan görüşü prezident seçkilərinədək olmayacaq”

putin-erdogan-gorusu-prezident-seckilerinedek-olmayacaq
Oxunma sayı: 1092

“Rusiya və Türkiyə Prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın görüşü Rusiyadakı prezident seçkilərinə qədər olmayacaq”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Amma görüşə hazırlıq gedir”, - o əlavə edib.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15-dən 17-nə qədər keçiriləcək. Ölkədə prezidentliyə 4 namizəd qeydə alınıb. Belə ki, Rusiya prezidenti postu uğrunda namizədliyi özü tərəfindən irəli sürülən Vladimir Putin, Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Leonid Slutski, Rusiya Kommunist Partiyasının üzvü Nikolay Xaritonov, eləcə də “Yeni insanlar” partiyasının üzvü Vladislav Davankov mübarizə aparacaq.