Putin Ərdoğana başsağlığı verdi

putin-erdogana-bassagligi-verdi
Oxunma sayı: 1084

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Bolu vilayətindəki Kartalkaya dağ-xizək kurortunda hoteldə baş vermiş yanğınla bağlı başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumat Kremlin rəsmi saytında paylaşılıb.

“Yanğının faciəvi nəticələri ilə bağlı dərin hüznlə başsağlığımı qəbul edin”, - Rusiya lideri bildirib.

Bundan başqa, Putin hadisə qurbanlarının yaxınlarına başsağlığı və dəstək sözlərini çatdırmağı xahiş edib, bütün xəsarət alanların tezliklə sağalmasını diləyib.