Türkiyədə baş verən hərbi çevrilişə cəhddən sonra Rusiya prezidenti Vladimir Putin həmin ölkədəki həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.
“Qafqazinfo” Life.ru-ya istinadən xəbər verir ki, 2 prezident Türkiyədəki vəziyyəti müzakirə ediblər. Putin çevriliş cəhdi zamanı həlak olan şəxslərlə bağlı Ərdoğana başsağlığı verib.
Rusiya lideri eyni zamanda kolleqasına Türkiyədə sabitliyin və əmin-amanlığın bərpa edilməsində uğurlar arzulayıb.
Son xəbərlər
Son Xəbərlər