Putin Ərdoğana zəng vurdu

putin-erdogana-zeng-vurdu
Oxunma sayı: 659

ANS PRESS “İhlas” agentliyinə (İHA) istinadən xəbər verir ki, keçirdiyi əməliyyat səbəbilə Ərdoğana şəfa arzulayan Putin onun yeni ilini də təbrik edib.

Bundan başqa Vladimr Putin “Cənub Axını” təbii qaz boru kəməri layihəsi barədə Moskvada imzalanan razılaşmaya görə, Ərdoğana təşəkkür edib, iki ölkə arasında əməkdaşlıq və dialoqun hər sahədə çoxalmasına görə razılığını bildirib.

Ərdoğan da ölkələr arasında ikili münasibətlərin qüvvətlənməsindən razı qaldığını bildirib və öz növbəsində Putinin yeni ilini təbrik edib.