Putin Ərdoğanla “Taxıl sazişi”ni müzakirə etməkdən imtina edir

putin-erdoganla-taxil-sazisini-muzakire-etmekden-imtina-edir
Oxunma sayı: 4343

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla taxıl müqaviləsinin bərpasını müzakirə etməkdən imatina edir.

"Qafqazinfo" xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Bildirilib ki, Türkiyə liderinin istədiyi telefon danışığı hələ baş tutmayıb.

Həmçinin, Türkiyə rəsmiləri digər kanallar vasitəsilə dialoqa təkan verməkdə davam edir.

Qeyd edək ki, bundan əvvəl Ərdoğan bu məsələni Putinlə ətraflı müzakirə edəcəyinə və taxıl müqaviləsinin davam etdirilməsini təmin etməyə ümid etdiyini bildirib.