Putin Ərdoğanla telefonla danışacaq

putin-erdoganla-telefonla-danisacaq
Oxunma sayı: 1189

Sabah Rusiya Prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutacaq.

“Qafqazinfo” xəbər verir ki,  bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.

Rusiya Prezidentinin sabahkı proqramında Ərdoğanla söhbətin olub-olmaması ilə bağlı suala Kreml sözçüsü “Bəli, var” cavabını verib.

Qeyd edək ki, daha əvvəl Peskov Putinin oktyabrın 7-nə bir sıra telefon əlaqəsi planlaşdırdığını bildirib.