Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
Onun sözlərinə görə, danışıq zamanı Ukraynadakı vəziyyət müzakirə olunub.
***
Ərdoğan: “Türkiyə Ukraynadakı hər kəsə zərər vuran hadisələri dayandırmaq və dayanıqlı sülhün bərqərar olması üçün əlindən gələni edəcək”.
Bununla yanaşı, söhbət zamanı Ərdoğan Putinə bir daha ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşün təşkil edilməsin təklif edib.
Son xəbərlər
Son Xəbərlər