Putin generalları həbs etdirir

putin-generallari-hebs-etdirir
Oxunma sayı: 837

“Qafqazinfo”nun modern.az və Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, aparılan aşardırmalar nəticəsində məlum olub ki, Müdafiə Nazirliyi tərəfindən Rusiyanın dövlət büdcəsindən 257 milyon dollar vəsait mənimsənilib. Məsələ ilə bağlı artıq 10 istiqamət üzrə cinayət işi açılıb.

Bu barədə açıqlama verən Hərbi İstintaq Komissiyasının sədri Aleksandr Soroçkin Rusiyanın keçmiş müdafiə naziri Anatoli Serdyukovun tərəfindən 100 milyon dollar vəsaitin talandığını bildirib.

O, qeyd edilib ki, Serdyukov barəsində cinayət işi açılaraq sorğu-sual ediləcək. Soroçkin həmçinin cinayət işi ilə bağlı xeyli sayda zabitin həbs olunduğu bildirilib.

Qeyd edək ki, bu ilin noyabr ayında Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Anatoli Serdyukovu vəzifəsindən azad edib. Serdyukovun tutduğu postdan uzaqlaşdırılmasına əsas səbəb kimi ölkənin hərbi silah-sursat satışlarında baş verən sui-istifadə hallarının olması göstərilib. Məlum olaydan sonra Putin Sendyukovun yerinə Sergey Şoyqu müdafiə naziri təyin edib.