Putin Gürcüstana uçuşları qadağan etdi - Vətəndaşlar geri qaytarılır

putin-gurcustana-ucuslari-qadagan-etdi
Oxunma sayı: 2749

Gürcüstandakı qarışıqlıqdan sonra Rusiya prezidenti Vladimir Putin fərmanlar imzalayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, prezident Nazirlər Kabinetinə göstəriş verib ki, Gürcüstandakı bütün Rusiya vətəndaşları ölkəyə qaytarılsın.

Putinin digər fərmanına görə isə, iyulun 8-dən etibarən Rusiya aviaşirkətlərinə Gürcüstana vətəndaşları daşımaq qadağan edilib. Qadağanın müvəqqəti xarakter daşıdığı bildirilib.