Rusiya Prezidenti Vladimir Putin İkinci Dünya Müharibəsindən sonra Qərblə ölkəsi arasında baş tutan ən böyük məhbus mübadiləsi çərçivəsində qaytarılan şəxslərin əfv edilməsi haqqında fərman imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
Pol Uilan, Kevin Lik, Evan Qerşkoviç, Demuri Voronin, Vladimir Kara-Murza, Alsa Kurmaşeva, Liliya Çanışeva, Vadim Ostanin, Kseniya Fadeyeva, Aleksandra Skoçilenko, İlya Yaşin, Andrey Pivovarov və Oleq Petrov əfv olunanlar siyahısındadır.