Rusiya prezidenti Vladimir Putin Çinə ikigünlük səfəri çərçivəsində dövlət başçısı Si Tsinpinlə görüşüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, həmkarını gözləyərkən Putin bir neçə dəqiqə fortopianoda ifa edib.
Qeyd edək ki, mayın 14-də Pekində "Bir kəmər – bir yol" strategiyası çərçivəsində beynəlxalq əməkdaşlıq üzrə forum öz işinə başlayıb. Tədbirdə 29 ölkənin dövlət və hökumət başçısı iştirak edir.
Son xəbərlər
Son Xəbərlər