Putin hərbi əməliyyat başlayandan bəri ilk xarici səfərinə çıxacaq

putin-herbi-emeliyyat-baslayandan-beri-ilk-xarici-seferine-cixacaq
Oxunma sayı: 6806

Rusiya Prezidenti Vladimir Putin gələn həftə Tacikistana, daha sonra isə Türkmənistana səfər edəcək. 

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Putin əvvəlcə Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmonla danışıqlar aparacaq. Daha sonra o, Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İranın daxil olduğu “Xəzər beşliyi”nin sammitində iştirak etmək üçün Türkmənistana gedəcək.

Mərkəzi Asiyaya səfər Rusiya liderinin Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri ilk xaricə səfəri olacaq. Putin Rusiyaya qayıdandan sonra iyunun 30-da İndoneziya Prezidenti Coko Vidodo ilə görüşəcək.