“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, eks-lider verilişdə Maydan hadisələri zamanı onun həyatını xilas edən Rusiya prezidenti Vladimir Putinə təşəkkürü bildirib.
Yanukoviç Ukraynaya qayıtmaq istədiyini qeyd edib:
“Ukraynada baş verən böhranın səbəbkarları Maydan aktivistləridir. 2014-cü ildən Rusiyadayam. Ukrayna xaricinə rus əsgərlərinin köməyi ilə çıxmışam. Valdimir Putinin Ukrayna ilə bağlı qərarı onun haqqı və işidir. Təbii ki, mən də öz növbəmdə məni ölkədən çıxardan, həyatımı xilas edən Putinə təşəkkürümü bildirirəm. Bir gün gələr mən də Ukraynaya qayıdaram. Bunu çox istəyirəm”.
Sabiq prezident Ukrayna hadisələri zamanı vətəndaşlara silah açmağı əmr etmədiyini, həmçinin qan tökülməsinin qarşısını almaq üçün yaxşı çalışmadığını bildirib.
Qeyd edək ki, Viktor Yanukoviç 2015-ci ilin yanvar ayından etibarən İnterpolda axtarışa verilib. O, Ukraynada böyük məbləğdə pul mənimsəməklə ittiham olunur.
Xatırladaq ki, bu müsahibə məlum hadisələrdən sonra Yanukoviçinin qərb mediasına verdiyi ilk müsahibədir.
Son xəbərlər
Son Xəbərlər