Putin Hindistana gedir

putin-hindistana-gedir
Oxunma sayı: 2776

Rusiya Prezidenti Vladimir Putin sabah Hindistan gedəcək.

“Qafqazinfo” xəbər verir ki, Putini səfərdə xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu müşayiət edəcək.

Dünyanın diqqətində olacağı gözlənilən səfər çərçivəsində Rusiya lideri Hindistan Baş naziri Narendra Modi, xarici işlər naziri Subrahmanyam Caişankar və müdafiə naziri Racnat Sinqhlə görüşəcək.

Səfər zamanı müdafiə sahəsində əməkdaşlıq və Çinə qarşı tərəfdaşlıq məsələlərinin prioritet olacağı gözlənilir.