Rusiya prezidenti Vladimir Putin ənənəsinə uyğun olaraq bu il də “Gecə Hokkey Liqası”na qatılıb.
“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, Soçidə “Balşoy” buz sarayında keçirilən görüş 17:6 hesabı ilə Putinin oyunçu qismində iştirak etdiyi “Hokkey əfsanələri” komandasının xeyrinə başa çatıb.
11 nömrəli forma geyinən Rusiya prezidenti rəqibin qapısından 6, onunla birlikdə oynayan müdafiə naziri Sergey Şoyqu isə 3 şayba keçirib.
Qeyd edək ki, V. Putin “Gecə Hokkey Liqası”nın qala-matçında ilk dəfə 2012-ci ildə iştirak edib və o zaman 2 şayba keçirib.


Son xəbərlər
Son Xəbərlər