Putin İlham Əliyev və Paşinyana sülh simvolu hədiyyə etdi - Video

putin-ilham-eliyev-ve-pasinyana-sulh-simvolu-hediyye-etdi
Oxunma sayı: 4101

Rusiya Prezidenti Vladimir birgə mətbuat konfransı zamanı Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana sülh simvolu hədiyyə edib.

“Qafqazinfo” xəbər verir ki, Putin nizamlanma simvolu olaraq Paşinyan və Əliyevə zeytun budaqları bağışlayıb.

Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü faydalı adlandırıb, razılaşmalara əməl olunacağına ümid etdiyini bildirib:

“Görüş yüksək dərəcədə faydalı və vaxtında oldu. Artıq deyildiyi kimi, biz bugünkü birgə işimizin nəticələrinə əsasən Bəyanat imzaladıq. İctimaiyyət və kütləvi informasiya vasitələri bu bəyanatla tanış ola bilərlər. Orada bizim məşğul olduğumuz və razılığa gəldiyimiz bütün məsələlər ətraflı şərh edilib.

Məndən sol tərəfdə bizim həm erməni dostlarımıza, həm də azərbaycanlı dostlarımıza hədiyyəmizi – sülhün və əmin-amanlığın rəmzi olan zeytun budağını görürsünüz. Mən çox ümid edirəm ki, bugünkü razılaşmalar yerinə yetiriləcək və bütövlükdə Cənubi Qafqazda münasibətlərin normallaşması işində növbəti addımlar üçün şərait yaradacaq. Sağ olun”.