Putin İlham Əliyevə zəng edib

putin-ilham-eliyeve-zeng-edib
Oxunma sayı: 2246

Bu gün Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 

Telefon söhbəti zamanı dövlət başçıları koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən işlərdən danışıb, bu istiqamətdə ölkələrimizin sərhəd-keçid məntəqələrində qarşılıqlı əlaqələndirmə şəraitində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıblar.

Dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığımızın postpandemiya dövründə inkişaf perspektivlərini də müzakirə ediblər.