Putin ilk dəfə korrupsiya aksiyasından danışdı

putin-ilk-defe-korrupsiya-aksiyasindan-danisdi
Oxunma sayı: 630

Prezident Vladimir Putin korrupsiya əleyhinə keçirilən etiraz aksiyasını ilk dəfə olaraq şərh edib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, dövlət başçısı davamlı olaraq korrupsiyaya qarşı mübarizənin leyhinə çıxış etdiklərini vurğulayıb:

“Son vaxtlar ictimai rəy də onu göstərir ki, problem azalıb. Siyasi qüvvələrin bu alətdən ölkədəki situasiyanı yaxşılaşdırmaq üçün deyil, öz təbliğatları üçün istifadə etməsini yanlış hesab edirəm”. 

Putin misal olaraq “ərəb baharı” və Ukrayna hadisələrini göstərib: “Bu, xaosa gətirib çıxardı. Hər kim ki, qanundan kənara çıxır, o şəxslər Rusiya qanunvericiliyi çərçivəsində məsuliyyət daşımalıdır”. 

Xatırladaq ki, martın 26-da baş tutan aksiya Moskvada keçirilən ən irimiqyaslı antikorrupsiya aksiyası olub. Nümayişdə 8 min insan iştirak edib, mindən çox insan saxlanılıb.