Putin ilk dəfə Xersona getdi - Video - Yenilənib

putin-ilk-defe-xersona-getdi
Oxunma sayı: 3925

Rusiya Prezidenti Vladimir Putin Xerson vilayətinə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb.

Putin səfəri çərçivəsində Xerson istiqamətində “Dnepr” qoşun qruplaşmasının qərargahına baş çəkib. Rusiya lideri burada yüksəkrütbəli hərbçilərin hesabatlarını dinləyib. 

Qeyd edək ki, bu, Putinin Xerson vilayətinə ilk, Rusiyanın ilhaq etdiyi bölgələrə isə ikinci səfəridir. Belə ki, o, mart ayında Donetsk vilayətinin Mariupol şəhərinə getmişdi.

***

V.Putin Luqansk vilayətinə də səfər edib. O, burada “Luqansk Xalq Respublikası”nın “Şərq” Milli qvardiyasının qərargahını ziyarət edib.