Putin İŞİD başkəsəni kimi təqdim edildi- - Video

putin-isid-baskeseni-kimi-teqdim-edildi-
Oxunma sayı: 2071


“Qafqazinfo”nun lenta.ru-ya istinadən məlumatına görə, kanal İŞİD videolarında başkəsən cinayətkarın şəklinin yerinə Putinin fotosunu verib. 

BBC həmin İŞİD üzvünün Məhəmməd Emvazi olduğunu müəyyən edib. CNN bununla əlaqədar verdiyi sujetdə İŞİD-çini əli bıçaqlı təsvir edib. Bir neçə saniyədən sonra isə başkəsənin yerinə Putinin fotosu yayımlanıb. 

Qeyd edək ki, bu CNN-in Rusiyayla bağlı ilk səhvi deyil. Kanal fevralın əvvəlində verdiyi xəbərdə Ukraynanı Rusiyaya aid etmişdi. Belə ki, CNN Rusiya ilə Ukraynanı xəritədə eyni rənglə göstərmişdi.