Putin İstanbula gedəsi olmadı

putin-istanbula-gedesi-olmadi
Oxunma sayı: 1808

Rusiya prezidenti Vladimir Putin İstanbulda keçirilən Dünya Humanitar Yardım Sammitinə qatılmayacaq.

Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib. O, Rusiyanın İstanbulda başqa səviyyədə təmsil olunacağını deyib.

Mətbuat katibi “Prezidentin iş qrafikində təəssüf ki, bu səfər üçün yer yoxdur. Ona görə də Rusiya digər səviyyələrdə təmsil olunacaq”, - deyə bildirib.

Qeyd edək ki, mayın 23-24-də İstanbulda Birinci Beynəlxalq Humanitar Sammit keçiriləcək.

Aysel Kərimova