Rusiya Prezidenti Vladimir Putin İstanbula gedib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Rusiyalı lider dünən axşam saatlarında Türkiyəyə səfər etsə də, işgüzar proqramı bu günə planlaşdırılıb. Belə ki, Putin “Türk axını” təbii qaz boru kəmərinin açılış mərasiminə qatılacaq.
Xatırladaq ki, Putin Türkiyədən əvvəl Suriyaya rəsmi səfər etmiş, Bəşər Əsədlə görüşmüşdü.
Son xəbərlər
Son Xəbərlər