Putin İtaliyaya kömək edəcəyinə söz verdi

putin-italiyaya-komek-edeceyine-soz-verdi
Oxunma sayı: 4315

Rusiya Prezidenti Vladimir Putin və İtaliyanın Baş Naziri Cuzeppe Konte telefonla danışıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.  Onlar koronavirus pandemiyası ətrafındakı vəziyyət və infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı müzakirə aparıblar. Danışıq Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. 

Putin Konte ilə danışıqda hökumətə və İtaliya xalqına dəstək ifadə edib. 

İtaliya tərəfinin müraciətini nəzərə alaraq Rusiya operativ köməklik göstərəcəyini təsdiqləyib. Putin lazımlı köməkliyin parametrlərini də təqdim edəcək.