Putin Kadırova general-polkovnik rütbəsi verdi

putin-kadirova-general-polkovnik-rutbesi-verdi
Oxunma sayı: 5805

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova general-polkovnik rütbəsi verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Kadırov öz rəsmi teleqram kanalında paylaşıb.

“Sizinlə daha bir xoş xəbəri bölüşmək istəyirəm. Rusiya Prezidenti mənə general-polkovnik rütbəsi verdi. Vladimir Vladimiroviç bu barədə mənə şəxsən məlumat verdi və məni təbrik etdi”, - deyə Kadırov qeyd edib.