Putin karantində olanların sayını açıqladı

putin-karantinde-olanlarin-sayini-aciqladi
Oxunma sayı: 3162

Rusiya Prezidenti Vladimir Putin koronavirus karantinində olan şəxslərin sayını açıqlayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya lideri bu rəqəmin 3 317 175 nəfər olduğunu bildirib. Onun sözlərinə görə, 292 min 740 vətəndaş isə özünütəcriddədir.

Putin əlavə edib ki, martın 11-dən etibarən Rusiyaya xaricdən 825 031 insan gəlib. Daha 20 min nəfərin də gəlişi gözlənilir.