Rusiya prezidenti Vladimir Putin SSRİ Dövlət təhlükəsizlik Komitəsinin Almaniya Demokratik Respublikasının Dövlət Təhlükəsizlik Nazirliyinin keçmiş nümayəndəsi Lazar Matveyevi evində ziyarət edib.
“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, Putin Matveyevin evinə ADR-dəki keçmiş həmkarları -“Transneft” şirkətinin rəhbəri Nikolay Tokarev və “Rostex” korporasiyasının baş direktoru Sergey Çemezovla birgə gedərək keçmiş rəisini 90 yaşı münasibətilə təbrik edib, ona prezident saatı və “Pravda” qəzetinin 1927-ci il aprelin 17-də nəşr olunmuş nömrəsinin nüsxəsini hədiyyə edib.
Qeyd edək ki, V. Putin 1980-cı illərin ikinci yarısında Matveyevin rəhbərliyi altında Drezdendə çalışıb.
Son xəbərlər
Son Xəbərlər