Putin köməkçisini işdən çıxardı

putin-komekcisini-isden-cixardi
Oxunma sayı: 2599

Rusiya Prezidenti Vladimir Putin köməkçisi Vladislav Surkovu işdən azad edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qərar Kremlin saytında dərc olunub.

“Surkov Vladislav Yuri oğlu Rusiya Federasiyası Prezidentinin köməkçisi vəzifəsindən azad olunsun”, - deyə fərmanda qeyd edilib.

Xatırladaq ki, Surkov bu vəzifəni 2013-cü ildən icra edir. Yanvarın 25-də onun tutduğu postdan getməsi haqda xəbər yayılsa da, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumatı təkzib etmişdi.