Rusiya Prezidenti Vladimir Putin bölgə liderləri ilə keçirdiyi onlayn iclasda Baş Nazir Mixail Mişustinin salamlarını çatdırıb.
“Qafqazinfo” “TASS” informasiya agentliyinə istinadən xəbər verir ki, Putin Mişustinin sağalma mərhələsində olduğunu bildirib: “Əlbəttə ki, yüksək hərarəti olmadan ... Biz hər gün onunla əlaqə saxlayırıq”.
Bildirilib ki, iclasda ölkə ərazisində tətbiq olunan məhdudiyyətlərin mərhələli şəkildə qaldırılmasının perspektivləri müzakirə ediləcək.
Qeyd edək ki, daha əvvəl M. Mişustinin onlayn keçiriləcək iclasda iştirak etməyəcəyi açıqlanmışdı.
Son xəbərlər
Son Xəbərlər