Putin koronaviruslu xəstələrə belə baş çəkdi - Fotolar

putin-koronaviruslu-xestelere-bele-bas-cekdi
Oxunma sayı: 7122

Rusiya Prezidenti Vladimir Putin Moskvada koronavirusa yoluxmuş və ya infeksiyaya yoluxduğundan şübhəli bilinən insanların müalicə aldığı Kommunarka xəstəxanasına gedib.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən xəbərinə görə, Putin xəstəxana işçiləri və baş həkim Denis Protsenko ilə söhbət edib, eyni zamanda qoruyucu kostyum və respiratordan istifadə edərək yoluxucu xəstəliklər şöbəsinə baş çəkib. 

Dövlət başçısı xəstələrlə görüşərək onların səhhəti, müəssisənin şəraitindən razı olub-olmadıqları ilə maraqlanıb.

Qeyd edək ki, son məlumatlara görə, Rusiyada 495 koronavirusa yoluxma faktı qeydə alınıb.