Putin kralı Rusiyaya dəvət etdi

putin-krali-rusiyaya-devet-etdi
Oxunma sayı: 821

Rusiya prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül-Əziz Əl Səud arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə rəsmi Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.

“Səudiyyə Ərəbistanı kralı Sankt-Peterburq şəhərində baş vermiş terror aktını qınayıb, Rusiya prezidenti və bütün rus xalqına dərin başsağlığı verib”, - deyə Kremldən bildirilib.

Dövlət başçıları terrorçuluğa qarşı beynəlxalq mübarizə səylərinin artırılmasının vacibliyini vurğulayıblar.

Putin səudiyyəli həmkarını Rusiyaya dəvət edib.