Putin Krımda

putin-krimda
Oxunma sayı: 1086


“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, V. Putin yarımadaya ikigünlük səfərinə Sevastopol şəhərindən başlayıb.

Sevastopola səfər çərçivəsində Rusiya prezidenti bu gün Qara dəniz donanmasının qərargahında operativ müşavirə keçirəcək.

Bu, Krımın 2014-cü ili martında Rusiyaya birləşdirilməsindən sonra, Putinin yarımadaya ikinci səfəridir.

Qeyd olunur ki, avqustun 14-də Putin Yaltaya da səfər edəcək, orada “Mriya” kurort kompleksin tikintisi ilə tanış olacaq.

Rusiya prezidentinin Çexovun Ev Muzeyinə baş çəkəcəyi də gözlənilir.