“Qafqazinfo” ria novosti-yə istinadən xəbər verir ki, Rusiyada oyun biznesi artıq 5 ildir ki, 4 xüsusi ərazi-Vladivostok, Altay, Kalininqrad və Qafqazın Qara dəniz sahillərindən başqa hər yerdə qadağan edilib.
Rusiyaya qatılan Krımda da mart referendumundan sonra kazino biznesi qadağan olunmuşdu.
Qanuna əsasən, Krımda oyun mərkəzlərinin harada yerləşəcəyini yerli hökümət müəyyən edəcək.