Putin Kurskla bağlı iclas keçirib - Video + Yenilənib

putin-kurskla-bagli-iclas-kecirib
Oxunma sayı: 4371

Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüş keçirir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Qeyd olunur ki, iclasda Ukraynanın Kursk vilayətini bombalamasından sonra oradakı vəziyyət haqqında müzakirə aparılıb. O, iclasdan sonra ölkənin güc struklarının rəhbərləri ilə də görüşəcəyini açıqlayıb. 

Xatırladaq ki, bu gün Ukrayna Rusiyanın Kursk vilayətinə zərbələr endirib. Nəticədə azı 5 dinc sakin ölüb, 28 nəfər yaralanıb. 

***

Rusiya Prezidenti Vladimir Putin Kursk vilayətindəki vəziyyətlə bağlı hökumət üzvləri ilə müşavirə keçirib.

O, Ukraynanın mülki obyektlərə hücum edərək silahlı təxribata əl atdığını vurğulayıb:

“Kiyev növbəti miqyaslı təxribat həyata keçirdi”.

Rusiya lideri müşavirə zamanı baş nazirin müavini Denis Manturova Kursk vilayətinin sakinlərinə yardım göstərilməsi işlərinə təcili olaraq başlanılması tapşırığı verib.