Putin Lenini Ukraynanın memarı adlandırdı

putin-lenini-ukraynanin-memari-adlandirdi
Oxunma sayı: 3325

“Lenin və onun tərəfdaşları əraziləri Rusiyadan qopararaq müasir Ukraynanı yaratdılar”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.

O, müasir Ukraynanın bütünlüklə kommunist Rusiyası tərəfindən yaradıldığını vurğulayıb:

“Ukraynanı Vladimir İliç Lenin adına Ukrayna adlandırmaq olar, çünki Ukraynanın memarı Lenindir. Ukrayna Rusiya üçün təkcə qonşu ölkə deyil, həm də tarixin bir parçasıdır”.

Putin qeyd edib ki, Rusiya Ukraynaya real dekommunizasiyanın nə demək olduğunu göstərməyə hazırdır.

"Bolşeviklər sözün əsl mənasında Donbassı Ukraynaya birləşdiriblər. Müasir Ukraynanı tamamilə Rusiya, daha doğrusu, bolşevik, kommunist Rusiyası yaradıb. Bu proses, demək olar ki, 1917-ci il inqilabından dərhal sonra başladı və Lenin və onun tərəfdaşları bunu Rusiyanın özünə qarşı çox kobud şəkildə - öz tarixi ərazilərinin bir hissəsini ondan ayıraraq, qoparmaqla etdilər”, - deyə Putin bildirib.