Putin-Lukaşenko görüşündə uzun masadan istifadə olunmadı - Video

putin-lukasenko-gorusunde-uzun-masadan-istifade-olunmadi
Oxunma sayı: 7420

Kremldə Rusiya və Belarus Prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko arasında danışıqlar başlayıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu, cari ildə liderlər arasında canlı olaraq keçirilən ilk görüşdür. Tərəflərin sonuncu görüşü ötən ilin dekabrında Sankt-Peterburqda baş tutub.

Görüş koronavirusla bağlı əlavə məhdudiyyətlər olmadan keçirilir. Belə ki, Putin Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsla Kremldə keçirdiyi görüşlər zamanı bir neçə metrlik sosial məsafə saxlasa da, bu görüşdə Prezidentlər arasında uzun məsafə saxlanılmayıb.

Putinin digər görüşlərində olduğundan fərqli olaraq, Lukaşenko ilə görüşdə 6 metr uzunluğa sahib oval masadan istifadə olunmayıb. İki ölkə lideri danışıqlardan əvvəl səmimi şəkildə görüşərək bir-birinə yaxın yerləşdirilən kreslolarda əyləşiblər. 

Xəbəri rus dilində oxuyun: Кто они - новые главы ИВ? - Досье

Манаф Агаев и бизнесмен арестованы на 15 суток - Фото

Трагедия двух сестер в Азербайджане - в один день погибли 8 человек