Putin Mahmud Abbasla görüşəcək

putin-mahmud-abbasla-gorusecek
Oxunma sayı: 743

Rusiya prezidenti Vladimir Putin cümə axşamı Soçidə Fələstin lideri Mahmud Abbas ilə danışıqlar aparacaq.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı yaxın şərq nizamlanmasının aktual məsələlərinin müzakirəsi planlaşdırılır.

“Mahmud Abbas ilə danışıqlar zamanı ikitərəfli Rusiya-Fələstin münasibətləri, eləcə də yaxın şərq nizamlanması məsələləri gündəlikdə olacaq”,-deyə Dmitri Peskov məlumat verib.

Bundan əlavə İsrail və Fələstin liderlərinin görüşünün keçirilməsi imkanlarının da müzakirəsi gözlənilir.

Qeyd edək ki, Rusiya tərəfi daha əvvəldə bu təkliflə çıxış etmişdi.