Putin Makrona kömək təklif etdi

putin-makrona-komek-teklif-etdi
Oxunma sayı: 1386

Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makrona Notr-Dam kilsəsinin bərpası üçün ən yaxşı rus mütəxəssislərin köməyini təklif edib. “Qafqazinfo”nun  xəbərinə görə, bu barədə Kremlin rəsmi saytında dərc olunan məlumatda bildirilir.

“Notr-Dam Fransanın tarixi simvolu, Avropa və dünya mədəniyyətinin qiymətsiz xəzinəsi, ən əhəmiyyətli xristian türbələrindən biridir. Bu gecə Parisdə baş vermiş hadisə bütün rusiyalıların qəlbində ağrıya səbəb oldu”, - deyə Putinin Makrona ünvanladığı teleqramda yazılıb. 

Qeyd edək ki, aprelin 15-də saat 18:50-də baş vermiş güclü yanğın nəticəsində Notr-Dam kilsəsinin böyük hissəsi dağılıb. Hadisə zamanı iki polis və bir yanğınsöndürən yüngül xəsarət alıb. 

E. Makron kilsənin bərpası üçün ən yaxşı restavratorların cəlb ediləcəyini söyləyib. 

Ekspertlərin fikrincə, bu proses 5 ildən bir neçə on illiyə qədər davam edə bilər.