Putin Makronla Ukrayna və qlobal ərzaq təhlükəsizliyini müzakirə etdi

putin-makronla-ukrayna-ve-qlobal-erzaq-tehlukesizliyini-muzakire-etdi
Oxunma sayı: 2226

Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makron ilə “Ukraynadakı vəziyyət və qlobal ərzaq təhlükəsizliyi”ni müzakirə edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müzakirədə Avropa İttifaqına (Aİ) üzv ölkələrin Ukrayna təhlükəsizlik qüvvələrinin hərbi cinayətlərini görməzdən gəlmələrinə , Donbasda şəhər və qəsəbələrin intensiv bombardman olunması və bunun nəticəsində mülki şəxslərin həlak olması diqqət çəkib.

Qeyd olunub ki, Qərb Kiyev hakimiyyətinə müvafiq təsir göstərməklə, eləcə də Ukraynaya silah tədarükünü dayandırmaqla dəhşətli müharibənin bitməsinə kömək edə bilər.

Fransa ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı yaranan qlobal problemlemdən narahatlığını ifadə edib. Bu kontekstdə Vladimir Putin məsələ ilə bağlı vəziyyətin ilk növbədə Qərb ölkələrinin sanksiyalarına görə mürəkkəb olduğunu vurğulayaraq, qlobal logistika və nəqliyyat infrastrukturunun maneəsiz fəaliyyət göstərməsinin vacibliyinə diqqət çəkib.