Putin Medvedyevin xanımına “Şərəf” ordeni verdi

putin-medvedyevin-xanimina-seref-ordeni-verdi
Oxunma sayı: 2989

Rusiya prezidenti Vladimir Putin baş nazir Dmitri Medvedyevin xanımını mükafatlandırıb.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Sosial- Mədəni Təşəbbüslər Fondunun rəhbəri Svetlana Medvedyeva “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Putin bir müddət öncə D. Medvedyevi “Vətən qarşısında xidmətlərinə görə” I dərəcəli ordenlə təltif edib.