Putin məhkumlarla qalmaqaldan sonra Kalaşnikovu istefaya göndərdi

Putin məhkumlarla qalmaqaldan sonra Kalaşnikovu istefaya göndərdi
Oxunma sayı: 2002

Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin direktoru Aleksandr Kalaşnikovu vəzifəsindən azad edib.

“Qafqazinfo” Kremlin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiyanın daxili işlər nazirinin müavini Arkadiy Qostev sözügedən qurumun direktoru təyin edilib.

Kalaşnikovun vəzifəsindən azad edilməsinə səbəb məhkumlara işgəncə verilməsi ilə bağlı qalmaqal olub. 

Belə ki, oktyabr ayında Saratov həbsxanasının xəstəxanasında məhkumlara işgəncə verildiyini əks etdirən video yayılıb. Məsələ ilə bağlı cinayət işi başlanılıb. 400-dən çox məhkum Saratov koloniyasında onlara işgəncə verildiyini bəyan edib.