Putin Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif etdi

putin-mehriban-eliyevani-dostluq-ordeni-ile-teltif-etdi
Oxunma sayı: 2300

Rusiya Federasiyası Prezidenti Vladimir Putinin Fərmanı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunub.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti bu mükafata Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə layiq görülüb.