Putin məmurları buna əməl etməyə səslədi

putin-memurlari-buna-emel-etmeye-sesledi
Oxunma sayı: 2945

Rusiya Prezidenti Vladimir Putin məmurları ölkədə istehsal olunan avtomobilləri sürməyə çağırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Putin məmurları xarici avtomobilləri almamağa da səsləyib.

Rusiya Prezidenti bildirib ki, bu yerli brendlərin inkişaf etdirilməsinə kömək edəcək.

“Ölkənin bütün məmurları yerli avtomobillərdən istifadə etməlidirlər”, - deyə o, istehsal müəssisələri rəhbərləri ilə görüşündə də vurğulayıb.